Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Rövşən İbadov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Rövşən İbadova tibbi yardım göstərilib.
Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini Elşən Nuriyev tutulub. Cinayət hadisəsinin pul borcu üstündə baş verdiyi bildirilir.
Verilən məlumata görə, bir müddət əvvəl Elşən Nuriyev Rövşən İbadova borca pul verib. Amma müddət keçsə də, Rövşən Elşən Nuriyevə olan borcunu qaytarmayıb. Bu səbəbdən onların arasında Yasamal rayonu ərazisində mübahisə yaranıb. Mübahisə zamanı da qanlı cinayət hadisəsi baş verib. Onların Sumqayıt şəhərində yaşadığı, həmçinin də tanış olduqları bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov