26 Noyabr 2016 19:29
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda mağazalardan birində satıcı işləyən şəxs qarət edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazalardan birində işləyən Bakı şəhər sakini Sevinc Abbasovanın mobil telefonu oğurlanıb. Sevinc Abbasova baş verən oğurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İkram Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər