Quba rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Şıxməd Hacımuradovun evindən 1700 manat pul və 2500 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Şıxməd Hacımuradov evindən edilən oğurluqla bağlı Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakini Tahir Azayev tutulub.
Tahir Azayevin əvvəllərdə eyni əmələ görə məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov