Bakıda banka saxta pul verdiyi üçün saxlanılan qadına cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 27-də Bakı sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əskinası dəyişdirmək istəyib.
Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanan qadın 22-ci polis bölməsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov