Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsi 2-ci Albalılıq sahəsində bağ evlərindən birində qeydə alınıb.
Orada gözətçi işləyən 1994-cü il təvəllüdlü Vüqar Əlizadə münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Kamran Quliyevi bıçaqlanıb. Vüqar Əlizadə hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən Kamran Quliyev könüllü olaraq 14-cü polis bölməsinə gələrək təslim olub. Hadisənin pul üstündə baş verdiyi bildirilir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov