29 Noyabr 2016 10:10
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Samid Şirvanov özünü yaşadığı evdə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər