Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun məhkəməsi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib və ona bəraət hökmü çıxarılmasını istəyib.
Məhkəmə İlham Qasımova son söz verib. O isə səhhətində problem olduğunu deyərək, məhkəmədən yenə vaxt istəyib. Bildirib ki, səhhəti ilə bağlı məhkəməyə tibbi arayış təqdim edilib.
Prosesi noyabrın 30-da davam edəcək.
İttihamda qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovdan (Gülağa Tənha) 19.5 milyon dollar alıb. Gülağa Qəmbərov pulu İlham Qasımova iş qurmaq adı ilə verib.
İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
O, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pulunu alıb.
Hacı Zeynalov