Saatlıda yanğın qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 80 m² sahədə və ev əşyaları qısmən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.