Bakının Nəsimi rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, noyabrın 24-də Bakı şəhər sakini Zemfira Xasanovanın evindən 12.000 ABŞ dolları və 3.000 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Zemfira Xasanova baş verən oğurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli tutulub. Cinayətin daha bir üzvü isə müəyyən edilib.
Məlum olub ki, Fidan Murtuzova və Səfər Şirinli sevgili olublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov