4 İyul 2014 13:11
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda saxta pulla ərzaq alan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 3-də Astara rayonunun Şahağacı kəndinin ərazisində naməlum şəxs kənd sakini Nuriyyə Ağabalayevaya məxsus mağazadan ərzaq məhsulları alıb müqabilində saxta 100 manatlıq əskinas verib.

Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Fərid Axundov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: