4 İyul 2014 15:26
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Nurlan Tağıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il, fevralın 9-da, saat 19.00-da Yeni Günəşli qəsəbəsində Nurlan Tağıyev Bakı şəhər sakini Ramin Hüseynova bıçaqla xəsarət yetirib. O, Ramin Hüseynovun mobil telefonu və 3500 manatını əlindən alıb.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən Bakı şəhər sakini Nurlan Tağıyev fevralın 10-da yaxalanıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nurlan Tağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: