7 İyul 2014 10:50
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda “Ağdam Şəfayıl” kafesində əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Rəşad Rəsulov həbs edilib.

İdarəyə Rəşad Rəsulovun icarədarı olduğu Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən “Ağdam Şəfayıl” kafesində əxlaqsızlıq yuvası saxlaması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında kafedə əməliyyat keçirilib. Əməliyyat zamanı məlumat təsdiqini tapıb. Kafenin gizli otaqlarında yüngül həyat tərzi keçirən qadınların kişilərlə cinsi əlaqədə olması aşkar olunub.

Teleqraf.com-un xəbərinə görə, yüngül həyat tərzi keçirən qadınlar və onlarla cinsi əlaqədə olan kişilərin inzibati qaydada cərimə olunub. Onlar sərbəst buraxılıb.

Rəşad Rəsulovun barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanıb.

Istintaq gedir.

Hacı Zeynalov


Müəllif: