7 İyul 2014 11:18
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bağ evində cinayət törədilib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Fatmayı bağlar sahəsində qeydə alınıb. Bakı şəhər sakini Elvin Babayevlə Asif Əsgərov arasında mübahisə baş verib. Gənclər arasında yaranan mübahisə sonradan davaya çevrilib.

Bu zaman Elvin Babayev Asif Əsgərova şüşə parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Elvin Babayev tutulub.

Hacı Zeynalov


Müəllif: