7 İyul 2014 11:28
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun A.Məhərrəmov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Həbib Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Ağsu rayon sakini Taleh Məmişov Nəsimi rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən tutulub və sonrakı araşdırmalar aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Taleh Məmişov törətdiyi cinayəti etiraf edib. O, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.


Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: