Hacıqabulda 38 yaşlı kişi özünü asaraq intihar edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.
Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən aşkar edilib.
Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.