Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Əlimurad Məmmədov rayon ərazisində Yeni il axşamı bıçaqlanıb.
Əlimurad Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Toğrul Şirvani saxlanılıb.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov