7 İyul 2014 12:10
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polisin “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qaratoğay kənd sakini 1968-ci ilə təvəllüdlü İsa Heydərovun həyətinə baxış keçirilib. Baxış zaman onun həyətindən ümumi çəkisi 26 kq olan 100 ədəd çətənə kolu və 1,2 kiloqram qurudulmuş halda marixuana aşkar edilib.

İsa Heydərov eyni əmələ görə, əvvəllərdə məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: