Xəzər rayonunda məşhur istirahət mərkəzində cinayət baş verib. Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Bavarius” istirahət mərkəzində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Zaur İsmayılovu yumruqla vurub və mobil telefonunu alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur İsmayılova qarşı quldurluq əməli törədən Yevlax rayon sakini Saqi Eyvazov və Ağstafa rayon sakini Aqil Qurbanov tutulublar.
Hacı Zeynalov