7 İyul 2014 12:36

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Xanputa oğlu Nağıyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Çimnaz Fətulla qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı onun əl çantasının iç cibində gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ramil Nağıyev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...