5 Yanvar 2017 09:46
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ötən ilin son gecəsi baş verən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 31-nə keçən gecə Sumqayıt şəhərində yaşayan Həsən Fərhadovun evindən açar seçmək yolu ilə 2400 ABŞ dolları və 300 manat pul oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Tacir Həsənov, Sumqayıt şəhər sakinləri Rüfət Nəsirov və Azad Aslanov tutulublar.

Rüfət Nəsirovun ətrafinda aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Ruslan Mirzəyevlə birgə ötən ilin oktyabr ayında Həsən Fərhadovun evindən 5200 ABŞ dolları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ruslan Mirzəyev də saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər