Bakının Nəsimi rayonunda mağazadan oğurluq edilib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Nurəddin Əhmədova məxsus mağazanın qarşısından 2 ədəd soba oğurlanıb.
Nurəddin Əhmədov baş verən oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini Oruc Nəsibov tutulub.
Hacı Zeynalov