5 Yanvar 2017 11:16
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Laçın Məmmədov atası, 1965-ci il təvəllüdlü Mehmanı bıçaqlayaraq öldürüb.

Qətlə yetirilən Mehman Məmmədov içki aludəçisi olub. Buna görə də ailəsində tez-tez söz-söhbət yaranıb.
Yanvarın 4-də axşam saatlarında Mehman sərxoş vəziyyətdə evə gəlib. Bu zaman sərxoş ata ilə oğul arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Hadisəni törədən Laçın Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər