5 Yanvar 2017 15:39
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdin qarşısını alıblar.

Dövlət Gömrük komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarət zonasını “Yaşıl kanal”la keçmək istəyərkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

İlkin yoxlama zamanı həmin şəxs üzərindəki 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu şalvarının arxa ciblərindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Sonra isə vətəndaş şəxsi yoxlamaya dəvət olunub. Bu zaman sözügedən şəxs gödəkçəsinin iç ciblərindən və gödəkçəsinin aşağı hissəsindən 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu çıxararaq təqdim edib.

Daha sonra vətəndaşın əl çantasının yoxlanılması zamanı oradan da 1ədəd “İphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər