5 Yanvar 2017 18:10
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Elgiz Qəhrəmanlının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 11-də davam edəcək.

Elgiz Qəhrəmanlı Cinayət Məcəlləsinin 234. 4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma)maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər