6 Yanvar 2017 09:23
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Nargilə Hüseynova oğlu Aqil Hüseynov tərəfindən bıçaqlanıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Nargilə Hüseynovaya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisəni törədən Aqil Hüseynov polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə pul üstündə baş verib. Aqil Hüseynov anasından xərcləməyə pul istəyib. Amma Nargilə pulu olmadığını deyib. Buna görə də ana və oğul arasında mübahisə olub. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər