6 Yanvar 2017 11:07
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 27 yaşlı oğlan intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 27 yaşlı Natiq Müslümov yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən Natiq Müslümov xəstəxanaya yerləşdirilib. Həkimlər Natiq Müslümova tibbi yardım göstəriblər. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Natiq Müslümov paytaxtda şadlıq saraylarından birində fotoqraf kimi çalışır. Onun kredit borcuna görə intihara əl atdığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər