7 Yanvar 2017 15:59
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.

Orta yaşlı naməlum şəxs ofisdə işləyən şəxsin baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib. Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qətlin yeni təfərrüatı məlum olub.

Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Elşən Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.


Müəllif:

Oxşar xəbərlər