Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çığırqan kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Təhmasib Səfərov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Təhmasib Səfərovun həyatını xilas etmək mümkün olub.
Hazırda həkim nəzarəti altında olan Təhmasib Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Bildirilir ki, Təhmasib Səfərov öz həyətlərində əmisi oğlu Əliyusif və onun bacanağı ilə şəxsi münasibətlər zəminində mübahisə ediblər. Hər iki şəxs əvvəlcə Təhmasib Səfərovu döyüblər və daha sonra da onu bıçaqlayıblar.
İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov