Bakının Binəqədi rayonunda oğurluq edən şəxs yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Səlahətdin Əliyev tutulub.
O, yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinib.
Səlahətdin Əliyevdən qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi götürülüb.
Araşdırmalarla tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov