Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilib.
Teleqraf.com-un məlumatına görə, prosesə sədrlik edən Əflatun Qasımov deyib ki, Gülər Əhmədovanın vəkili Fazil Nemətov məhkəməyə teleqram göndərərək prosesdə iştirak edə bilməyəcəyini və buna görə də məhkəmənin təxirə salınmasını xahiş edib. G.Əhmədovanın prosesdə iştirak edən digər vəkilləri məhkəmənin təxirə salınmasını dəstəkləyiblər.
Sabiq deputatın özü də prosesin təxirə salınmasını istəyib. O, bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarını bu gün alıb: “Həmin qərarı vəkillərimlə müzakirə edə bilməmişəm. Prosesi başqa vaxta keçirməyinizi xahiş edirəm, bizə məhkəmənin ilkin baxış iclasının qərarını müzakirə etməyimizə şərait yaradasınız”.
Hakim G.Əhmədovanın vəsatətini təmin edib. Məhkəmə baxışı aprelin 25-dək təxirə salınıb.
Qeyd edək ki, G.əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Hacı