9 Yanvar 2017 14:18
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Daha sonra təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edub. O, Zakir Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib.

Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığı əsas gətirib. Vəkil onun təqsirsiz olduğunu deyib.

Vəkil Elçin Sadıqov isə çıxışında təqsirləndirilən şəxslər - Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini bildirib.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, prokuror Taleh Bağırovun ömürlük, Fuad Qəhrəmanlının isə 11 il, Müsəlman Birliyi Təşkilatının üzvləri Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Şamil Abduləliyevin 15 il, Zakir Mustafayevin 15 il, Cahad Babakişizadənin 15 il, Aqil Quliyevin 15 il, Abbas Quliyevin 15 il, İbrahim Xudaverdiyevin 15 il, Etibar İsmayılovun 15 il, Bəhruz Quliyevin 15 il, Əli Nuriyevin 15 il, Əlibala Vəliyevin 15 il, Fərhad Balayevin 15 il, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər