12 Yanvar 2017 16:40
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon Məhkəməsində jurnalist Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əfqan Sadıqov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin avqustun Cəlilabad rayonunda özünü sayt təsisçi-redaktoru kimi təqdim edən şəxs qadını döydüyünə görə tutulub. Rayon sakini Əfqan Sadıqov şəxsi münasibətlər zəminində Qarazəncir kənd sakini Aliyə Əşrəf qızı Zeynalovanı döyüb.

Vəziyyəti ağırlaşan qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər