7 İyul 2014 16:29
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin və Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı Cəlilabad rayonunda cinayətkar qrup zərərsizləşdirlib.



Cəlilabad rayon sakinləri Sübhan Əliyusif oğlu İsayev, Bəhrəm Hüseyinbala oğlu Kərimov, Şahin Səbirəli oğlu Mahmudov, Zamiq Mirixan oğlu Razyev, Cavid Cahangir oğlu Qurbanov, Xəqani Mirnizam oğlu Əhmədov əvvəlcədən əlbir olaraq qrup halında rayon ərazisndə müxtəlif vaxtlara evlərə silahlı basqın ediblər. Onlar pul tələb edib, nakotik vastələrin qanunsuz dövriyyəsilə məşğul olub. Eləcə də, imkanlı şəxslərin ovladlarını oğurlayaraq, valdeyinlərindən onun müqabilində küllli miqdarda pul tələb ediblər. Aparılan əməliyyat zamanı dəstə üzvlərinin 5-i saxlanılıb.

Əməliyyat zamanı Cəlilabad rayon polis şöbəsinin əməliyyat üzrə müavini Səfər Nuruyev müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, saxlanılanlar arasında olan Cavid Qurbanov əvvəllər Cəlilabad rayon polis şöbəsində pasport qeydiyyat şöbəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

/ans press/


Müəllif: