13 Yanvar 2017 09:36
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Kənd sakini, 35 yaşlı Elməddin Məmmədov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq yarası ilə Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, Elməddin Məmmədov bıçaqlanan zaman sərxoş olub. O, kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığını xatırlamadığını deyib.

Hazırda Cəlilabad rayon polis şöbəsinin əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbirlər görür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər