Bakının Yasamal rayonunda yaşayış evinə basqın edən iki nəfər yaxalanıb. Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Nahid Eyvazov və Elman Sadıqov tutulublar.
Onlar yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evinə basqın ediblər. Onlar ev sahibini bıçaq və silaha bənzər əşya ilə hədələyib, oradan 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli biliniblər.
Əməliyyat zamanı Nahid Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi “Zoraki Mod-914” markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.
Hər iki saxlanılan şəxsin əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov