Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Fətullaqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq ölüb.
Daha bir intihar hadisəsi Neftçala rayonunda baş verib. Rayonun Aşağı Surra kəndində 1999-cu il təvəllüdlü Bəşirov Coşqun Ceyhun oğlu kənd ərazisindəki yarımçıq tikilidə özünü iplə asaraq ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov