13 Yanvar 2017 11:16
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Elçin Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin may ayının 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb. Məlum olub ki, bir neçə il əvvəl həbsdən azad olunan Mirzə Hüseynov həmin ünvanda tənha yaşayırmış.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Cavadov tərəfindən törədildiyi aşkarlanıb. O, narkotik istifadəçisi olub.

Həmin gün Elçin Cavadov Mirzə Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb, Elçin Cavadov Mirzə Hüseynovu qətlə yetirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər