Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib və daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər isə ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Proses yanvarın 19-da davam edəcək.
Hacı Zeynalov