“Aztelekom” MMC-dən Şirvan Şirvan Telekommunikasiya Qovşağının vəzifəli şəxslərin barəsində cinayət işi ayrıca icraata götürülüb.
Bu barədə Teleqraf.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, həmin cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun və digər şəxslərin cinayət işindən ayrılıb.
Həmin ayrılan iş üzrə istintaq hərəkətləri keçirilir.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun və digər şəxslərin cinayət işi üzrə proses davam edib.
Prosesdə Şirvan Telekommunikasiya Qovşağının (TKQ) baş mühasibi Əkbər Əsgərov, Şirvan qovşağında xəzinədar işləmiş Əsəd Əsədullayev ifadə veriblər.
Şahidlər ifadələrində qeyd ediblər ki, “Aztelekom” MMC-dən Şirvan TKQ-nın hesabına köçürülmüş və qovşağın göstərdiyi xidmətlərdən toplanmış ümumilikdə 12358310 manat pulun 90 faizinin “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova verilib.
Yerdə qalan 10 faizi isə görülən işlərə sərf ediblər. Vəsaitin 90 faizini “Aztelekom”a qaytarılması ilə bağlı qovşağın rəisi Tapdıq Bağırov verib.
Tapdıq Bağırov bu cinayət işi üzrə şahid qismində tanınıb.
Hacı Zeynalov