14 Yanvar 2017 11:22
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Məhəmmədli bıçaqlanıb. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən 1997-ci il təvəllüdlü Anar Lətifli həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən bir neçə gün əvvəl Məhəmməd Məmmədlinin toyu olub. O, kənddə keçirilən toy məclisinə Anar Lətiflini çağırmayıb.

Toydan bir neçə gün sonra, yəni yanvarın 13-də kəndin mərkəzi küçəsində Anar Lətifli Məhəmməd Məmmədli ilə rastlaşıb.

Bu zaman Anar onu hansı səbəbdən toya çağırılmamasını Məhəmməddən soruşub. Bu zaman Məhəmməd Məmmədli ilə onun arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər