Biləsuvar rayonunda oğurluq edənlər məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Fuad İsazadə, Sabir Ağazadə və Mübarək Məmmədov tutulublar.
Onlar rayon ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov