Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Balakən sakini tutulub.
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Niyar Novruzova yaxalanıb.
Onun Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir
Hacı Zeynalov