16 Yanvar 2017 13:54
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki evlərdən birində usta işləyən Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevi bıçaqlayıb.


Sevindik Hacıyev hadisə yerində ölüb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad İsmayılov tutulub. İlkin məlumata görə, ustalar arasında mübahisə pul üstündə baş verib. Gördükləri işin pulunu ala bilməyən ustalar mübahisə edib, mübahisə sonda cinayətlə nəticələnib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər