17 Yanvar 2017 15:22
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə nitqi ilə çıxış edib.

20 ildir vəkillik fəaliyyəti ilə məşğul oluduğunu deyən İlhamə Həsənova qeyd edib ki, heç bir işin ağırlığını bu qədər hiss etməyib: "Bu cinayət işi üzrə sadəcə hökm çıxarıb, sonra onu arxivə atmayacaqlar. İstintaq özünü doğrutltmadı. Cəmiyyət istinatqdan ədalətli araşdırma gözləyirdi. Hamını bir sual maraqlandırırdı: Niyə bu yanğın baş verdi? İstintaq bu suallara cavab tapa bilmədi. Tapdığı cavab da cəmiyyəti qane etmədi.

Zərərçəkmiş şəxslərdən təqsirləndirilən şəzslərdən şikayətçi olub-olmadıqları ilə bağlı suallara cavab istəyəndə şikayətçi olduqlarının tərəddüdlə deyirdilər, çünki istintaq orqanı onların da suallarına cavab verə bilmədi".

Vəkil qeyd edib ki,yanğın baş verəndən yarım saat sonra MTN əməkdaşları binanı üzləyən şirkətin ofisini mühazirəyə alıblar: "MTN əməkdaşları yarım saat ərzində yanğın hadisəsinin poliüretandan baş verdiyini hardan bilmişdilər? Məqsəd Miryusuf Mahmudovu həbs etmək idi, eləmi?"

İlhamə Həsənova qeyd edib ki, müdadiə etdiyi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman xeyirxah iş adamı kimi tanınıb: "Miryusuf sagibkarlığa milyonlarla pul vəsaiti ilə gəlməyib. O, 2007-ci ildə 50 dollar vəsaitlə sahibkarlığa başlayıb. Həmin ilə kimi orta məktəblərdə partalar sovet dövründən qalıb, Miryusif Mahmudov bir partanın şəkilini çəkərək Təhsil Nazirliyinə göndərib və məsləhət bilib ki, belə partalar düzəltmək lazımdı. Həmin partanın şəkli nazirlik tərəfindən qəbul edilib. Bundan sonra o, sahibkarlığa başlayıb".

İlhamə Həsənova bildirib ki, Xətai rayonunda yanğın baş verəndən sonra MTN əməkdaşları Miryusif Mahmudovdan hər il 300 min manat tələb ediblər:

"Bildiriblər ki, bu qədər pulu verməsən, haqqında mənfi məlumatlar toplayacaqlar, həbsin üçün işlər görəcəklər. Amma Miryusif Mahmudov MTN-nin rəhbər şəxslərinin bu hədələri ilə razılaşmayıb. Çünki öz işinə inanıb. Amma axırda hədələri edənlər sonda istəklərinə çatıblar".

Vəkil qeyd edib ki, bu cinayət faktının araşdırılması ehtimallar üzərində qurulub: "Yanğın nədən baş verib? İstintaq bunu araşdırmayıb, səbəbini öyrənməyib. Yanğın baş verən andan dərhal sonra müəyyən edilib ki, yanğın polurütandan baş verib, şirkətin təsisçisi Miryusif Mamudovdur, onu da həbs ediblər. 17 aydır bu işi araşdırıram, ittihamın mahiyyətini başa düşə bilmirəm. Ona görə müdafiə taktikasını qura bilmərəm".

Vəkil Miryusif Mahmudovun sifarişlə həbs edildiyini deyib: "Miryusif Mahmudovun ilk saxlanılan zaman MTN-ə aparıblar. Orada ifadə verib, həmin ifadə ortalıqda yoxdur. Bəlkə oradaMiryisif Mahmudov önəmli nəsə deyib, indi qorxur danışmağa? Niyə həmin ifadə açıqlanmır? MTN əməkdaşları Miryusif Mahmudovu prokirorluğa təhvil veriblər".

İlhamə Həsənovanın sözlərinə görə, istintaqın hədəfi Miryusif Mahmudov olub: "Miryusif Mahmudovun həbsi üçün onun faktiki rəhbər kimi təqdim ediblər. Bununla bağlı istintaqa cəlb olunanlara yönləndirici suallar veriblər. Məqsəd onu həbs etmək olub. Amma bu da Miryusif Mahmudovun həbsi üçün əsas deyil. O, şirkətin təsisçisi olub. Təsisçi həbs oluna biıməz.

Yanğın baş verəndən sonra ilk xəbəri ANS yaydı ki, Azadlıq prospektində yanğın baş verib, yanğının səbəbi də poliüretan üzlükdür. Burada mətbuatın gücündən istifadə edildi, mətbuatın da belə güclü olduğu hər kəsə məlumdur".

İlhamə Həsənova daha sonra qeyd edib ki, indi cəmiyyət yanğının poliüretandan baş verdiyinə inanmır: "Çünki poliüretanın hansı məhsul olduğunu yaxşı bilir. Bu məhsulun istehsalı üçün zavodun tikintisinə 5 milyard pul lazımdır, poliüretan çox bahalı məhsuldur.

Rusiya poliüretan istehsal etmək üçün zavod tikmək istədi, vəsaiti çatmadı.

Amma istintaq Miryusif Mahmudovun poliüretan istehsal edən "zavod"unu tapıb, zavod isə bir qurğudan ibarətdir. Bu yalan baş tutmadı.

Xəbər yaydılar ki, guya xaricdən gələn məhsullara əlavə mayelər qatıblar. Bu da mümkün deyil, çünki məhsul gömrükdın keçir, sifarişçi olan “Qlobal Stone” MMC-yə gətirilir. “Qlobal Stone” MMC həmin məhsuldan qəliblər hazırlayıb".

Vəkilin sözlərinə görə, istintaq sonradan məhsulların sınaqdan yaxşı keçdiyini müəyyən etdikdə başqa rəylər formalaşdırılıb: "Bildirdilər ki, “Qlobal Stone” MMC sinağa başqa məhsul təqdim edib, görülən işlərə başqa məhsul. Bu da subut olunmadı. Poliüretan məhsulunu yandırmasan, yanmayacaq. Poliüretan məhsulu çətin yanan məhsuldur".

Vəkil qeyd edib ki, bu işdən başqa bir cinayət işi ayrılıb: "Ayrılan cinayət işinin adı bizə məlum deyil. İstintaq həmin cinayət işində kimi mühakimə edir, bu da açıqlanmayıb. İstintaq özünə sərf edən işi qıraqda saxlayıb. Həmin işlə bağlı informasiya tələb etsən, deyəcəklər ki, istintaq sirridir. Əminəm ki, bu ayrılan iş heç vaxt məhkəməyə gəlməyəcək".

Bir neçə gün əvvəl istintaq təcridxanasında Miryusif Mahmudovla görüşdüyünü deyən vəkil qeyd edib ki, həmin vaxt Miryusifə həbsinin sifarişli olduğunu deyib.

Vəkil həmçinin çıxışı zamanı Miryusif Mahmudova Cinayət Məcəlləsinin maddələri üzrə ittihamların düzgün verilmədiyini bildirib. Onun sözlərinə görə, müvəkkilinə Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham verilməsi anlaşılmazdır: "Miryusif Mahmudov şirkətdə təsisçi olub. Burda onun vəzifəli şəxs olduğunu sübut edən fakt yoxdur. Mövcud olmayan vəzifəylə o, vəzifə səlahiyyətlərini necə aşıb?"

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif IƏlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.

“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədovun barəsində cinayət işi başlanıb.

***

Günün ikinci yarısında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə İlhamə Həsənova müdafiə nitqi ilə çıxışını davam etdirib.

O, müdafiə etdiyi şəxsin günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxsləri məhkəmədən son söz demək üçün vaxt tələb ediblər.

Proses yanvarın 23-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər