18 Yanvar 2017 15:23
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş idarəsinin rəis müavini olmuş, polkovnik Təhsin Ağayevin səhhətində ciddi problemlər yaranıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Təhsin Ağayev infarkt keçirib, danışa bilmir.

Bu səbəbdən Təhsin Ağayev istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib, nə də şahid qismində dindirilib.

Təhsin Ağayevin “Texnikabank” işi ilə bağlı bir neçə zərərçəkmişim ifadəsində adı keçir.

Təhsin Ağayev istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev, 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov ilə birlikdə bir neçə zərərçəkmişə hədə-qorxu gələrək onlardan külli miqdarda pul alamaqda ittiham olunur.

Bildirilir ki, Təhsin Ağayev Vüsal Ələkbərovla birlikdə “Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovdan 3 milyon manat tələb edib, lakin sonradan ondan 600.000 manat alıb.

Təhsin Ağayev Vüsal Ələkbərovun cinayət işində şahid qismində adı keçsə də, istintaq orqanı onu dindirə bilməyib. Cinayət işi üzrə Təhsin Ağayevin səhhəti imkan vermədiyindən onu dindirməyin mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, Vüsal Ələkbərov hədə-qorxu yolu ilə 10-dan çox sahibkarın pulunu ələ keçirməkdə ittiham olunur. Onun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər