19 Yanvar 2017 13:10
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Əbülfəz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Əbülfə Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Əbülfəz Hüseynov Sumqayıtda həyətyanı sahədə narkotik mənşəli bitkilər əkib. Ona qarşı Cinayət Məcəlləsinin 237.1 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər