Yevlax rayonunda odlu silahdan ölüm hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Qarxun kənd sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb.
Bu zaman açılan atəşdən xəsarət alaraq ölüb.
Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov