8 İyul 2014 09:45
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Ağsu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Vəli Cabbarov yaşadığı evin həyətindəki alma ağacından özünü asaraq ölüb.

Vəli Cabbarov ruhi xəstəliyi ilə əlaqədar 1-ci qrup əlil olub. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: