8 İyul 2014 09:51
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda kitab mağazasında gənc oğlanın pulu oğurlanıb.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, rayon ərazisində yerləşən kitab mağazasında Bakı şəhər sakini Seymur Quluyevin 10 manatı oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Səlimxan Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: