Bakının Qaradağ rayonunda evdən oğurluq edilib. Teıeqraf.com xəbər verir ki, rayonun Qobustan qəsəbəsindəki evlərdən birindən 1200 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Süleymanov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov